Bank Of Baku

Əkrəm Əylisli yeni romanını çap etdirmək istəmir

Əkrəm Əylisli yeni romanını çap etdirmək istəmir
# 11 oktyabr 2008 11:07 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Xalq yazıçısı Əkrəm Əylisli yazdığı yeni romanını çap etdirmək istəmir. Bu barədə APA-ya açıqlama verən Ə. Əylisli yazdığı əsəri çap etdirib yalnız dost-tanışa paylamaq istəmədiyini, onun normal satışını təşkil etmək haqqında düşündüyünü deyib: “Yazdığım əsəri nəşr edəcək nəşriyyat satışı öz üzərinə götürərsə razı olaram. Yoxsa kitab çap olunandan sonra bütün tirajı ona-buna paylamaq fikrim yoxdur. Yazıçı yazdığı əsərlə ailəsini dolandırmalıdır”.

Ə. Əylisli sovet dövründə yazıçıların əsərlərinin böyük tirajla çap edildiyini və onların həmin kitablardan kifayət qədər məbləğdə qonorar aldığını xatırladıb: “Mənim Moskvada 275 min tirajla kitabım çap olunub. İllər boyu ailəmi yazdığım əsərlərdən aldığım qonorarla dolandırmışam”.

Ə. Əylisi “Daş yuxular” adlanan yeni əsərinin ədalətsizliyə qarşı çıxan bir nəfərin döyülərək komaya düşməsindən və komada olarkən bütün həyatını xatırlamasından bəhs etdiyini deyib.

Deputatı olduğu Milli Məclisdən bəhs edən bir əsər yazmağa gəlincə, Ə. Əylisli belə deyib: “Mən həmişə insanların iç dünyasından yazmışam. Adamlarını içini görməsəm, yaza bilmərəm. Milli Məclisdə isə adamların içi görünmür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR