Bank Of Baku

Məmməd Arazın anadan olmasının 75 illiyi qeyd edilib

Məmməd Arazın anadan olmasının 75 illiyi qeyd edilib
# 14 oktyabr 2008 13:31 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bu gün Azərbaycanın xalq şairi Məmməd Arazın anadan olmasının 75 illiyi qeyd olunub. APA-nın məlumatına görə, ədəbiyyat və mədəniyyət xadimləri, doğmaları şairin Fəxri Xiyabandakı məzarını ziyarət ediblər. Xalq şairi Zəlimxan Yaqub, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, şair Zakir Fəxri M. Arazın Azərbaycan ədəbiyyatındakı əvəzsiz xidmətlərindən söz açıblar. Millət vəkili Aqil Abbas isə seçkilərdən sonra şairin xatirəsinə həsr olunmuş böyük tədbir keçiriləcəyini söyləyib.

Qeyd edək ki, bir çox mükafata, o cümlədən “İstiqlal” ordeninə layiq görülən M. Araz 2004-ci ilin dekabrında vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR