Bank Of Baku

Şəkidə Mikayıl Müşfiqin anadan olmasının 100 illiyinə həsr edilən bədii qiraət müsabiqəsi keçiriləcək

Şəkidə Mikayıl Müşfiqin anadan olmasının 100 illiyinə həsr edilən bədii qiraət müsabiqəsi keçiriləcək
# 07 noyabr 2008 12:33 (UTC +04:00)
Şəki. Vüqar Heydərov. APA. Noyabrın 8-10-da Şəkidə Mikayıl Müşfiqin anadan olmasının 100 illiyinə həsr edilmiş üçüncü ümumrespublika bədii qiraət müsabiqəsi keçiriləcək. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon İcra Hakimiyyətindən məlumat verilib. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə baş tutacaq. ”Deyilən söz yadigardır” şüarı ilə baş tutacaq bədii qiraət müsabiqəsində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Bakı, Gəncə, Sumqayıt və bir çox rayonların mədəniyyət və turizm şöbələrinin nümayəndələri iştirak edəcəklər. Tədbirin sonunda müsabiqənin qalibləri Mədəniyyət və Turizm Nazirliyinin mükafatları mükafatlandırılacaqlar. Məlumata görə, 1-ci yer üçün 500, 2-ci yer üçün 300, 3-cü yer üçün isə 250 manat mükafat müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR