Bank Of Baku

Görkəmli azərbaycanlı ədəbiyyatşünas alim Əkbər Müdərriz Təbrizə vəfat edib

Görkəmli azərbaycanlı ədəbiyyatşünas alim Əkbər Müdərriz Təbrizə vəfat edib
# 11 noyabr 2008 10:05 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Güney Azərbaycan ədəbi mühitinin tanınmış nümayəndələrindən olan tədqiqatçı-ədəbiyyatşünas alim Əkbər Müdərriz (Şivə Təbrizi) vəfat edib. Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətinin rəhbəri Əlirza Amanbəylinin APA-ya verdiyi məlumata görə, alim noyabrın 10-da 88 yaşında Təbrizdə vəfat edib. Ə. Müdərriz fəaliyyəti boyunca İranda yaşayan azərbaycanlıların milli mədəni muxtariyyəti uğrunda mübarizə aparıb və gənc nəslin bu ruhda tərbiyə almasında xüsusi rol oynayıb. Alim dünyanın fars və ərəb dilində yazan tanınmış ədiblərin əsərlərini türk, Azərbaycan türkcəsində yazıb-yaradan şair və yazıçılarının əsərlərini isə fars dilinə tərcümə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR