Bank Of Baku

Ukrayna şairi Vasil Stusun “Kolımada kəklikotu qoxusu” şerlər toplusunun təqdimatı keçirilib

Ukrayna şairi Vasil Stusun “Kolımada kəklikotu qoxusu” şerlər toplusunun təqdimatı keçirilib
# 12 noyabr 2008 12:30 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Ukrayna şairi Vasil Stusun “Kolımada kəklikotu qoxusu” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan AYB sədri Anar bildirib ki, Ukrayna ilə Azərbaycan arasında güclü iqtisadi, siyasi və mədəni əlaqələr var: “Ukraynanın istedadlı şairlərindən biri olan Vasil Stusun kitabının çapı da bu əlaqələrin məntiqi davamıdır. “Kolımada kəklikotu qoxusu” AYB-nin “Dünya ədəbiyyatından” kitab seriyasının çap olunan 11-ci kitabıdır”. Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev isə bildirib ki, həm Azərbaycan, həm də Ukrayna xalqları 20-ci əsrdə eyni taleyi bölüşüblər: “Sovet repressiyasının qurbanlarından biri də Vasil Stus idi. O Ukrayna xalqının tarixi yaralarını dilə gətirirdi. Vasil Stus ilə bizi doğmalaşdıran da elə bu cəhətdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR