Bank Of Baku

Türk Xalqlarının II Beynəlxalq Uşaq Ədəbiyyatı Konqresinin açılışı keçirilib

Türk Xalqlarının II Beynəlxalq Uşaq Ədəbiyyatı Konqresinin açılışı keçirilib
# 13 noyabr 2008 10:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Azərbaycan Dövlət Filarmoniyasında Türk Xalqlarının II Beynəlxalq Uşaq Ədəbiyyatı Konqresinin açılışı keçirilib. APA-nın məlumatına görə, Qafqaz Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Xalis Qoyunçuoğlu Türkiyənin təhsil naziri Hüseyn Çelikin təbrik məktubunu oxuyub. TÜRKSOY-un baş müdir müavini Fırat Purtaş isə bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirib: “Çox təəssüf ki, bu gün bizim uşaqlarımız “Koroğlu” əvəzinə “Robin Qud”u tanıyır, “Əsli və Kərəm” əvəzinə isə “Romeo və Cülyetta”nı oxuyur”. Azərbaycan Yazıçılar Birliyinin uşaq ədəbiyyatı şöbəsinin müdiri Qəşəm Nəcəfzadə çıxışında uşaq ədəbiyyatının inkişafı üçün ciddi addımlar atılmasını zəruri sayıb.

Konqres noyabrın 15-nə kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR