Bank Of Baku

İmadəddin Nəsiminin Hələbdəki məqbərəsi Azərbaycan memarlıq üslubunda təmir olunacaq

İmadəddin Nəsiminin Hələbdəki məqbərəsi Azərbaycan memarlıq üslubunda təmir olunacaq
# 20 noyabr 2008 10:18 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Suriyanın Hələb şəhərində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş müştərək elmi konfrans keçirilib. Bu barədə APA-ya Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Konfransda iştirak etmək və Nəsiminin məqbərəsinin bərpası və yenidən qurulması ilə bağlı təklifləri hazırlamaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin 7 nəfərlik nümayəndə heyəti Suriyada səfərdə olub. Səfər çərçivəsində azərbaycanlı alimlərin apardığı müşahidələr əsasında məqbərənin Nəsiminin qəbri yerləşən hissəsinin qəza vəziyyətində olduğu aşkarlanıb. Məlumata görə, türbənin tavanında, divarlarında və digər konstruksiyalarında məqbərənin uçmasına səbəb ola biləcək ciddi çatlar mövcuddur. Azərbaycan-Suriya müştərək komissiyasının geniş tərkibdə iclasında suriyalı mütəxəssislər bildiriblər ki, Hələbin 400 hektarlıq qədim şəhər hissəsi YUNESCO-nun ümumdünya mədəni irsi siyahısına daxil edildiyinə və Nəsimi kompleksinin memarlıq abidəsi kimi dövlət tərəfindən mühafizə olunan abidələrin siyahısına salındığına görə, kompleksin xarici görünüşündə yenidənqurma işlərini xüsusi plan üzrə YUNESCO ilə razılaşdırmaq lazımdır. Suriya tərəfi kompleksin genişləndirilməsi üçün onun ətrafında olan bir neçə tikilinin də gələcəkdə yaradılacaq Nəsimi mərkəzinin tərkibinə qatılmasının mümkünlüyünü qeyd edib. Görüşdə kompleksdə Hələb şəhərinin memarlıq üslubu nəzərə alınmaqla, interyerində Azərbaycan memarlıq üslubunda müəyyən yenidənqurma və genişləndirmə işlərinin aparılmasına dair razılıq əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR