Bank Of Baku

Yunus Oğuzun “Nadir şah” romanının təqdimatı keçirilib

Yunus Oğuzun “Nadir şah” romanının təqdimatı keçirilib
# 20 noyabr 2008 13:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bu gün publisist və jurnalist Yunus Oğuzun “Nadir şah” romanının təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən kitabın ön sözünün müəllifi, Milli Məclisin Mədəniyyət məsələləri komissiyasının sədri, professor Nizami Cəfərov bildirib ki, “Nadir şah” tarixi roman ənənələrinin layiqli davamıdır: “Azərbaycanda tarixi roman janrı indiyədək daha çox XI-XII əsrlər və Səfəvilər dövrünü əhatə edib. Nadir şahın hakimiyyətdə olduğu dövr Azərbaycan ədəbi ictimai fikri üçün ən mübahisəli dövrdür. Lakin yazıçı bu mübahisəli dövrə tarixi sənədlərin dili ilə aydınlıq gətirərək xalqın tarixini öz bədii təfəkkürü ilə canlandıra bilib. “Nadir şah” Azərbaycan xalqının millətə çevrilmə mərhələsini əks etdirə bilib”.

Millət vəkili Sabir Rüstəmxanlı isə Nadir şahın tarix qarşısında xidmətlərinin romanda çox əhatəli şəkildə əksini tapdığını söyləyib: “Nadir şah özünü Həzrəti Əlinin qapısının iti, Təhmasibin qulu adlandırırdı. Lakin zaman gəldi, Nadir şah özünü nə Atilladan, nə Əmir Teymurdan, nə də Çingiz xandan əskik sərkərdə saymadı. Nadir şah o şəxsdir ki, ilk dəfə olaraq məzhəb ayrılığına, Osmanlı-İran müharibələrinə qarşı çıxıb, Hindistandan Anadolunun ortasına qədər böyük bir ərazini fəth edib. Bu romanı məziyyətlərinə görə yalnız “Qılınc və qələm” romanı ilə müqayisə etmək olar”.

Xalq şairi Zəlimxan Yaqub isə qeyd edib ki, əsərdə millət olaraq üzləşdiyimiz problemlər və səhvlər öz əksini tapıb: “Bu əsər bizi öz səhvlərimizə yenidən baxmağa və düşünməyə vadar edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR