Bank Of Baku

Bakıda Əhməd Yasəviyə həsr edilən beynəlxalq simpozium keçirilib

Bakıda Əhməd Yasəviyə həsr edilən beynəlxalq simpozium keçirilib
# 22 noyabr 2008 09:57 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Bakıda türk dünyasının tanınmış simalarından biri olan Əhməd Yasəviyə həsr edilən beynəlxalq simpozium keçirilib. APA-nın məlumatına görə, Mahmud Kaşğari Fondu, Gəncliyə Yardım Fondu, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi və Türkiyə Cümhuriyyəti Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin birlikdə hazırladıqları “Keçmişdən bu günümüzə Xoca Əhməd Yasəvi” adlı layihə çərçivəsində keçirilən simpoziumda Əhməd Yasəvinin ideyaları və prinsiplərinin türk-müsəlman dünyasının birliyi baxımından çox aktual olduğu bildirilib. Simpoziumda qeyd olunub ki, dünyanın bir sıra ölkələrində, o cümlədən Türkiyə və Qazaxıstanda Əhməd Yasəvinin irsi öyrənilir, əsərləri çap olunur. Bildirilib ki, Əhməd Yasəvinin ideyalarının Azərbaycanda da yayılması üçün belə bir tədbir təşkil edilib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, yazıçı-dramaturq Hidayət Orucov, Türkiyənin sabiq mədəniyyət naziri Namik Kamal Zeybək və digər tanınmış simalar çıxışlar edərək Əhməd Yasəvi haqqında fikirlərini səsləndiriblər.

Namik Kamal Zeybək türk və islam aləminin ən önəmli şəxsiyyətlərindən olan Əhməd Yasəvinin İslam dəyərlərini türk mədəniyyəti və dəyərləri ilə birləşdirdiyini, türk xalqlarına xidmət etdiyini deyib. Onun sözlərinə görə, Əhməd Yasəvi ərəb və fars dillərini mükəmməl bilsə də, əsərlərini qədim çığatay-türk dilində yazıb.

Qeyd edək ki, Əhməd Yasəvi (1093-1156) illərdə yaşayıb. Onun bütün əsərləri “Divani-hikmət”də toplanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR