Bank Of Baku

Yazıçılar Birliyində “Cəfər Cabbarlı repressiyalar məngənəsində” mövzusunda tədbir keçirilib

Yazıçılar Birliyində “Cəfər Cabbarlı repressiyalar məngənəsində” mövzusunda tədbir keçirilib
# 26 noyabr 2008 12:42 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Yazıçılar Birliyində (YB) “Cəfər Cabbarlı repressiyalar məngənəsində” mövzusunda elmi-kütləvi tədbir keçirilib. APA-nın məlumatına görə, tədbir YB-nin “İrs” komissiyası və C. Cabbarlının Ev muzeyinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə çıxış edən YB-nin sədri Anar bildirib ki, sovet dönəmində C. Cabbarlını həmişə sosialist ideyalarının təbliğatçısı kimi qələmə verilib. Lakin ona ancaq türkçülük və istiqlalçılıq məfkurəsinin daşıyıcısı kimi baxmaq da düzgün deyil. C. Cabbarlı yaradıcılığı zaman anlayışı nəzərə alınmaqla tədqiq olunmalıdır. Yazıçının irsinin tədqiqatçısı Asif Rüstəmli isə bildirib ki, C. Cabbarlı Azərbaycanın hürriyyətini sevən və onun uğrunda mübarizə aparan yazıçı olub: “Cəfər Cabbarlı Azərbaycan Parlamentinin və Müsavat Partiyasının üzvü olub. Cümhuriyyət süqut edəndən sonra da sol müsavatçılar Cabbarlının evində toplaşıblar. Cabbarlı sovet dövründə iki dəfə həbsdə olub. Həbs olunarkən yazıçının bir sıra əlyazmaları da götürülüb. “Bakı müharibəsi” dramı, “Araz çayı” mənzum pyesi belə əsərlərdəndir”. A. Rüstəmlinin sözlərinə görə, C. Cabbarlının bəzi əlyazmalarının taleyi indi də qaranlıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR