Bank Of Baku

Bakıda uşaq ədəbiyyatına dair kitabların sərgisi açılıb

Bakıda uşaq ədəbiyyatına dair kitabların sərgisi açılıb
# 03 dekabr 2008 14:37 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bu gün Bakının 160 saylı orta məktəbində uşaq ədəbiyyatına dair kitabların sərgisi açılıb. APA-nın məlumatına görə, sərgi Almaniyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə açılıb. “Kitab qəsri” Münhen Beynəlxalq Gənclər Kitabxanası və “Ağ Qarğa” beynəlxalq sərgisi Bakıda dünyanın müxtəlif dillərində nəşr olunmuş 250-dən artıq kitab təqdim ediblər. Sərginin açılışında Almaniyanın Azərbaycandakı səfiri Per Stankina və Almaniya Xarici İşlər Nazirliyinin mədəniyyət və kommunikasiya şöbəsinin rəisi Verner Vend də iştirak ediblər. Yaxın günlərdə analoji sərgi Xanlar, Gəncə və Şəkidə də təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR