Bank Of Baku

Mustafa Kamal Atatürkün məşhur nitqinin yer aldığı “Nutuk” miniatür kitabının təqdimatı keçirilib

Mustafa Kamal Atatürkün məşhur nitqinin yer aldığı “Nutuk” miniatür kitabının təqdimatı keçirilib
# 17 dekabr 2008 15:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Bakıda “Atatürk” Mərkəzində Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürkün məşhur nitqinin yer aldığı “Nutuk” miniatür kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva Mustava Kamal Atatürkün yalnız Türkiyənin həyatında deyil, ümumiyyətlə, türk dünyasının həyatında silinməz izlər buraxdığını qeyd edib: “Mustafa Kamal Atatürk türk qadınının hüquqlarının bərpa olunması sahəsində də əvəzolunmaz işlər görüb. Onun həyata keçirdiyi tədbirlər türk qadınının hüquqlarının tanınmasına yardım etdi. Atatürk beyinlərdəki buzlaqları əritdi. O, qadına seçmək, seçilmək hüququnu verməklə onun miras haqlarının tanınmasına da yardım etdi”.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc da Mustafa Kamal Atatürkün həyata keçirdiyi işlərin əvəzolunmaz olduğunu bildirib. O qeyd edib ki, böyük öndərin əməlləri iki qardaş ölkənin daha da yaxınlaşmasında önəmli rol oynayır: “Tarix boyu iki qardaş ölkə arasında nə qədər nifaq salmağa çalışsalar da, bu əlaqələrin tarixi köklərinin olması onlara uğur qazandırmayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR