Bank Of Baku

Azərbaycanın Polşadakı səfirinin beş kitabının təqdimat mərasimi keçirilib

Azərbaycanın Polşadakı səfirinin beş kitabının təqdimat mərasimi keçirilib
# 25 dekabr 2008 13:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin qurucuları Əlimərdan bəy Topçubaşovun ”Azərbaycan Paris Sülh Konfransında”, “Əhməd Cəfəroğlu: seçilmiş əsərləri, “Əhməd bəy Ağaoğlu: seçilmiş əsərləri”, “Səməd Ağaoğlu: seçilmiş əsərləri”, “Behbud xan Cavanşirin məhkəmə prosesi” kitablarının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, kitabları Azərbaycanın Polşadakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliev tərcümə edərək hazırlayıb. Tədbirdə çıxış edən filologiya elmləri namizədi Asif Rüstəmli bildirib ki, Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan insanların kitablarının nəşri artıq müstəqilliyi qazanmış ölkənin vətəndaşları üçün çox önəmlidir: ”Bu insanların hər biri Azərbaycan dövlətçiliyi üçün sonadək mübarizə aparıblar. Onların hamısı mühacirət həyatı yaşayıb və elə orada da dünyalarını dəyişiblər. Əlimərdan bəy Topçubaşov Parisdə, Behbud bəy Cavanşir, Əhməd Cəfəroğlu, Əhməd bəy Ağaoqlu və Səməd Ağaoğlu isə Türkiyədə uyuyur. İndi isə ilk dəfədir ki, onların əsərləri öz tarixi vətənlərinə dönür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR