Bank Of Baku

Yazıçı Mircəlal Paşayevə həsr olunmuş «Dağlar unutmur» kitabı nəşr edilib

Yazıçı  Mircəlal Paşayevə həsr olunmuş «Dağlar unutmur» kitabı nəşr edilib
# 27 dekabr 2008 11:21 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. 100 illik yubileyi UNESCO tərəfindən qeyd edilən XX əsr Azərbaycan ədəbiyyatının tanınmış yazıçısı Mircəlal Paşayevə həsr edilən «Dağlar unutmur» kitabı nəşr edilib. APA-nın məlumatına görə, kitab yazıçı M.Paşayev haqqında Gədəbəy ziyalılarının xatirələrinin toplusundan ibarətdir.
Qeyd edilib ki, Gədəbəylə ustad sənətkarın bağlılığı uzun bir tarixə söykənir. Kitabda yazıçı M.Paşayevin 1920-ci illərin sonunda Gəncə Pedaqoji Texnikumunu bitirdikdən sonra təyinatla Gədəbəydə maarifçilik işi aparan ziyalılardan biri kimi fəaliyyət göstərdiyi bildirilir.
Qeyd edək ki, «Dağlar unutmur» kitabı «Nurlan» nəşriyyatında nəşr olunub. Kitabı çapa hazırlayan və tərtib edən isə Nahid Hacızadədir. 190 səhifəlik kitab nəfis tərtibatla çap edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR