Bank Of Baku

Gənc Ədiblər Məktəbinin növbəti görüşü keçirilib

Gənc Ədiblər Məktəbinin növbəti görüşü keçirilib
# 05 yanvar 2009 09:43 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi layihə əsasında yaradılan Gənc Ədiblər Məktəbinin növbəti görüşü keçirilib. APA-nın məlumatına görə, görüşdə Azərbaycan Yazıçılar Birliyinin Gənclər üzrə katibi, Gənc Ədiblər Məktəbinin rəhbəri Rəşad Məcid çıxış edərək indiyə kimi bir neçə belə görüşün təşkil edildiyini bildirib. R. Məcid Gənc Ədiblər Məktəbinin növbəti qonağının tənqidçi Əsəd Cahangir olduğunu deyib.
Görüşdə çıxış edən tənqidçi Əsəd Cahangir Azərbaycan ədəbiyyatında gedən proseslərdən danışıb, yeni yazılan əsərlər haqqında tənqidi fikirlərini səsləndirib, Gənc Ədiblər Məktəbinin üzvlərinin suallarını cavablandırıb.
Görüşdə Gənc Ədiblər Məktəbinin üzvləri şerlərini oxuyublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR