Bank Of Baku

Əli bəy Hüseynzadənin seçilmiş əsərlərinin ikicildliyinin təqdimat mərasimi keçiriləcək

Əli bəy Hüseynzadənin seçilmiş əsərlərinin ikicildliyinin təqdimat mərasimi keçiriləcək
# 07 yanvar 2009 23:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Yanvarın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda XIX əsrin sonu, XX əsrin əvvəllərində türk dünyasının yetişdirdiyi nəhəng ictimai-siyasi və ədəbi şəxsiyyət Əli bəy Hüseynzadənin seçilmiş əsərlərinin ikicildliyinin təqdimat mərasimi keçiriləcək. Bu barədə APA-ya AMEA-nın mətbuat xidmətindən məlumat verilib. Kitabın müqəddimə, şərh və izahının müəllifi Ofeliya Bayramlı, elmi məsləhətçisi isə akademik Bəkir Nəbiyevdir. Tədbirdə Əli bəy Hüseynzadənin həyatı, elmi-ədəbi və ictimai-siyasi fəaliyyəti haqqında məruzələr dinləniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR