Bank Of Baku

Azərbaycan Yazıçılar Birliyinin sədri Türkiyənin baş nazirinə məktub göndərib

Azərbaycan Yazıçılar Birliyinin sədri Türkiyənin baş nazirinə məktub göndərib
# 09 yanvar 2009 12:38 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğana böyük türk şairi Nazim Hikmətə Türkiyə vətəndaşlığının qaytarılması ilə bağlı minnətdarlıq məktubu göndərib. Bu barədə APA-ya AYB-nin mətbuat xidmətindən məlumat verilib. AYB sədri minnətdarıq məktubunda bildirib ki, Nazim Hikmətə Türkiyə vətəndaşlığının qaytarılması haqqın və ədalətin zəfəridir: “Sovet dönəmində Nazim Hikmət Azərbaycan və başqa türk dövlətləri üçün Türkiyənin, türklüyün və qardaşlığın rəmzi idi. Nazim Hikmətin “Günəşi içənlərin türküsü” adlı ilk kitabı Azərbaycanda çap olunub. Biz Nazim Hikməti qardaş Türkiyənin və Azərbaycanın böyük şairi sayırıq”. Yazıçı Anar xatırladıb ki, AYB Nazim Hikmətə Türkiyə vətəndaşlığının qaytarılması haqqında bu ölkənin hökumət orqanlarına dəfələr müraciət edib və bəyanatlar verib: “Canından artıq sevdiyi, həsrətini çəkdiyi Vətənində Nazim Hikmətə qanuni və təbii haqqının verilməsi bütün dünya Nazimsevənlərini sevindirəcək. Bu ədalətli qərarı verdiyinizə görə, Sizə və başçılıq etdiyiniz hökumət üzvlərinə səmimi təşəkkürlərimizi bildiririk”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR