Bank Of Baku

Hollandiyada yaşayan azərbaycanlı yazıçının romanının təqdimat mərasimi keçirilib

Hollandiyada yaşayan azərbaycanlı yazıçının romanının  təqdimat mərasimi keçirilib
# 09 yanvar 2009 12:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) Hollandiyada yaşayan azərbaycanlı yazıçı Gülşən Lətifxanın “Azər və Aida” romanının təqdimat mərasimi keçirilib. APA-nın məlumata görə, təqdimat mərasimində AYB sədri yazıçı Anar bildirib ki, “Azər və Aida” romanı Qarabağ mövzusunda son illərdə yazılan dəyərli əsərlərdən biridir. AYB-nin birinci katibi Fikrət Qoca isə bildirib ki, roman həm bədii, həm də məzmun cəhətdən orijinal üslubda işlənib: “Azər və Aida” romanı tək azərbaycanlı-erməni münasibətlərini deyil, bütün qarışıq ailələrin problemlərini əks etdirir”. Tənqidçi Əsəd Cahangir isə vurğulayıb ki, G. Lətifxan milli və fərdi emosiyalarına qalib gələrək Qarabağ müharibəsinə obyektiv nəzərlərlə baxmaq istəyib: “Əsərdə həm ermənilərin, həm azərbaycanlıların mənfi və müsbət cəhətləri göstərilir. G. Lətifxan üçün millətdən daha öncə bir insan məfhumu var. O, bütün oxucularını ilkin insanlıq mənbəyinə qaytarır və Qarabağ problemini öz bədii həqiqətinin süzgəcindən keçirir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR