Bank Of Baku

Mir Cəlalın yaradıcılığından bəhs edən kitabın təqdimatı keçirilib

Mir Cəlalın yaradıcılığından bəhs edən kitabın təqdimatı keçirilib
# 15 yanvar 2009 12:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Yazıçılar Birliyində (AYB) şair Mahirə Abdullanın “Əbədiyyət. An: Mir Cəlal yaradıcılığında milli şüur və həmrəylik problemi, humanizm fəlsəfəsi və erməni məsələsi” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən AYB-nin katibi Fikrət Qoca bildirib ki, publisist, alim Mir Cəlal haqqında istər sovet dövründə, istərsə də müstəqillik illərində çox araşdırmalar aparılıb: “Lakin Mahirə Abdullanın kitabı Mir Cəlal yaradıcılığına yeni bir baxışdır. Bu kitab Mir Cəlalın yaradıcılığında ermənilərlə bağlı indiyə qədər üzə çıxmayan məqamları üzə çıxarıb. Yazıçının əsərlərindəki sətiraltı, yazılmamış, amma oxunan mətləbləri açıb”.
AYB-nin Uşaq Ədəbiyyatı şöbəsinin müdiri Qəşəm Nəcəfzadə isə bildirib ki, Mir Cəlal ermənilərin iç üzünü və bizi gözləyən dəhşətləri hələ ötən əsrin 30-43-cı illərində gizli kodlarla təsvir edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR