Bank Of Baku

Kitab Klubunda Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 125 illiyinə həsr olunmuş tədbir keçirilib

Kitab Klubunda Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 125 illiyinə həsr olunmuş tədbir keçirilib
# 22 yanvar 2009 10:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Kitab Klubunda Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 125 illiyi ilə əlaqədar mətbuat konfransı və M. Ə. Rəsulzadəyə həsr olunmuş “Gecikmiş etiraf kimi…” adlı kitabın təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən kitabın müəllifi Nəcibə Bağırzadə bütün türk dwnyasının M. Ə. Rəsulzadəyə borclu olduğunu vurğulayıb: “Məhəmməd Əmin Rəsulzadədən danışmaq əslində XX əsr Azərbaycan tarixi, milli azadlıq ideologiyasının varlığı haqqında danışmaq deməkdir. Tarixi olduğu kimi yazmaq da, onu yaratmaq qədər çətin bir işdir. Məhəmməd Əmin Rəsulzadə düşüncə və əməlləri ilə tarixi yazıb-yaradan nadir şəxsiyyətlərdəndir. Elə buna görə də itib-keçən zamanın onu unutdurmağa gücü çatmır”.

Tədbirdə çıxış edən tədqiqatçı jurnalist Nəsman Yaqublu M.Ə. Rəsulzadənin Azərbaycan müstəqilliyinin qazanılmasında göstərdiyi xidmətlərindən, milli-ideologiyanın formalaşasında böyük danılmaz xidmətlərindən danışıb: “Məhəmməd Əmin Rəsulzadənin 125 illik yubileyi daha geniş şəkildə və geniş məkanda qeyd olunması vacibdir. Çünki biz hər birimiz bu gün onun hesabına müstəqilik. O, hər birimizin ürəyinə girib, daima yaddaşlarımızda əbədi yaşayacaq”.

Qeyd edək ki, “Gecikmiş etiraf kimi...” kitabının üz qabığındakı M.Ə. Rəsulzadənin rəsmi xalq rəssamı Oqtay Sadıqzadənindir. Kitabın rəssamı Rais Rəsulzadə, redaktoru Anar İsabəylidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR