Bank Of Baku

İosif Brodskinin “Odissey Telemaku” kitabının təqdimatı keçirilib

İosif Brodskinin “Odissey Telemaku” kitabının təqdimatı keçirilib
# 29 yanvar 2009 13:56 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Bu gün Müasir İncəsənət Mərkəzində “525 kitab” seriyasından ilk kitabın – böyük rus və amerikan şairi İosif Brodskinin “Odissey Telemaku” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, “525-ci qəzet”in maliyyə, Yazıçılar Birliyinin “Dünya ədəbiyyatı” dərgisinin texniki dəstəyi ilə nəşr olunan kitabda İ. Brodskinin şeirləri, esseləri və Nobel mükafatını alarkən söylədiyi nitq toplanıb. Tədbirdə İ. Brodskinin həyat və yaradıcılığına həsr olunan qısa sənədli film də göstərilib. Film “Regional TV”nin Bakı studiyasının dəstəyi ilə çəkilib.

Qeyd edək ki, bu il ərzində “525 kitab” seriyasından Azərbaycan ədəbiyyatından Anar, Elçin, Çingiz Abdullayev, Ramiz Rövşən, Səlim Babullaoğlu və İlqar Fəhmi, dünya ədəbiyyatından isə Orxan Pamuk, Boris Pasternak, Zöhrab Sipehri və Şota İataşvili daxil olmaqla, daha 11 kitabın nəşri planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR