Bank Of Baku

Məşhur sovet şairi Sergey Mixalkov xəstəxanaya yerləşdirilib

Məşhur sovet şairi Sergey Mixalkov xəstəxanaya yerləşdirilib
# 04 fevral 2009 08:49 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Məşhur sovet şairi Sergey Mixalkov xəstəxanaya yerləşdirilib. APA-nın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Moskvanın Mərkəzi Klinik Xəstəxanasına aparılan şairə həkimlər allergik şok diaqnozu qoyublar.

Qeyd edək ki, 95 yaşlı Sergey Mixalkov SSRİ və Rusiya himlərinin sözlərinin, uşaqlar üçün çoxlu sayda kitabın, məşhur “Dyadya Stepa” əsərinin, satirik şerlər, təmsil, kinossenari və pyeslərin müəllifidir.

Onun övladları - Andrey Konçalevski və Nikita Mixalkov dünya şöhrətli kinorejissorlardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR