Bank Of Baku

Azərbaycan Yazıçılar Birliyinə 25-dək gənc yazar üzv qəbul olunacaq

Azərbaycan Yazıçılar Birliyinə 25-dək gənc yazar üzv qəbul olunacaq
# 05 fevral 2009 10:25 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu ayın sonunadək Azərbaycan Yazıçılar Birliyinə (AYB) 25-dək gənc yazar üzv qəbul olunacaq. AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Ələsgəroqlunun APA-ya verdiyi məlumata görə, son iki ildə Yazıçılar Birliyinə heç bir üzv qəbul olunmayıb: “AYB təmirdə olduğundan biz bu prosesi dayandırmışdıq. Bu müddət ərzində birliyə 120-dək gənc yazar üzvlük üçün müraciət edib. Lakin onların hamısı AYB-yə üzv qəbul olunmayacaqlar. AYB ancaq ədəbi proseslərdə daha aktiv iştirak edən yazarlara üstünlük verəcək. Ümumilikdə isə bu il 40 nəfərə yaxın yazarın AYB-yə üzv olacağı gözlənilir”.
Ə. Ələsgəroğlu bildirib ki, hazırda Yazıçılar Birliyinin 1300-ə yaxın üzvü var. Onlardan 300 nəfəri müxtəlif ölkələrdə yaşayan fəxri üzvlərdir. AYB-nin üzvlərinin bir hissəsi isə dünyasını dəyişib. Hazırda AYB-nin ən yaşlı üzvləri Qılman İlkin (95 yaş), Balaş Azəroğlu (88 yaş), və Gülhüseyn Hüseynoqludur (86 yaş).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR