Bank Of Baku

Gənc Ədiblər Məktəbində növbəti görüş keçirilib

Gənc Ədiblər Məktəbində növbəti görüş keçirilib
# 09 fevral 2009 08:23 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi layihə əsasında yaradılan Gənc Ədiblər Məktəbində növbəti görüş keçirilib. APA-nın məlumatına görə, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Gənclər üzrə katibi, Gənc Ədiblər Məktəbinin rəhbəri Rəşad Məcid çıxış edərək gənc ədiblərlə ayda bir dəfə təşkil edilən görüşə ölkənin istedadlı şair və yazıçılarının dəvət edildiyini bildirib. R. Məcid Gənc Ədiblər Məktəbinin növbəti qonağının yazıçı-dramaturq, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli olduğunu deyib.

Görüşdə çıxış edən Elçin Hüseynbəyli öz yazı üslubundan danışıb, tarixi mövzularda əsərlərə müraciət edərkən apardığı araşdırmalardan söz açıb. Görüşdə E. Hüseynbəyli Gənc Ədiblər Məktəbinin üzvlərinin suallarını da cavablandırıb, onların oxuduqları şerləri dinləyərək fikirlərini səsləndirib.

“Ulduz” jurnalının baş redaktoru, həmçinin rəhbərlik etdiyi ədəbi toplunun aprel nömrəsinin Gənc Ədiblər Məktəbinin üzvləri tərəfindən çıxarılmasına razılıq verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR