Bank Of Baku

Bakıda “Milli Uşaq Kitabı” sərgisi keçiriləcək

Bakıda “Milli Uşaq Kitabı” sərgisi keçiriləcək
# 09 fevral 2009 11:56 (UTC +04:00)
Bakı. Kimyə Rüstəmova-APA. Fevralın 14-də Firudİn Köçərli adına Respublika Uşaq Kitabxanasında 2009-cuil –“ Uşaq İli”nə həsr olunmuş “Milli Uşaq Kitabı” adlı sərgi keçirəcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, sərgidə ”SOS” uşaq kəndindəki uşaq bağçasının böyük zalında “Beşik” nəşriyyatından uşaqlara “Mən və mənim dünyam”, “Göydən yüz alma düşdü”, ”Biri var idi biri yox idi”, ”Gözlə bizi Qarabağ!” və s. kimi kitablar hədiyyə olunacaq. Rəsm və əl işləri nümayiş olunacaq bu sərgidə “SOS” Uşaq Kəndinin özfəaliyyət kollektivi maraqlı proqramla çıxış edəcək. Tədbirin sonunda əl işlərindən ibarət “Mənim nağıllı dünyam” adlı müsabiqənin qalibləri seçilərək hədiyyələrlə mükafatlandırılacaq. Adıçəkilən tədbirdə tanınmış yazıçılar Ələmdar Quluzadə, Rafiq Yusifoğlu, Zahid Xəlil, Sevinc Nuruqızı, Gülzar İbrahimova, Mustafa Çəmənli və başqaları iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR