Bank Of Baku

Mir Cəlal Paşayevin seçilmiş əsərlərindən ibarət üçcildlik çap olunub

Mir Cəlal Paşayevin seçilmiş əsərlərindən ibarət üçcildlik çap olunub
# 10 fevral 2009 10:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA Azərbaycan ədəbiyyatının və elminin görkəmli nümayəndəsi, filologiya elmləri doktoru Mir Cəlal Paşayevin seçilmiş əsərlərindən ibarət üçcildlik çapdan çıxıb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib. Kitablara müəllifin «Dirilən adam», «Bir gəncin manifesti», «Yolumuz hayanadır» romanları və hekayələri daxil edilib. Regionların İnkişafı İctimai Birliyi tərəfindən «Çaşıoğlu» mətbəəsində çap olunmuş üçcildliyin tərtibçiləri və redaktorları - filologiya elmləri doktoru Nərgiz Paşayeva və Təhsin Mütəllimovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR