Bank Of Baku

Çingiz Abdullayevin “Quba Kapriççiosu” kitabının təqdimat mərasimi keçirilib

Çingiz Abdullayevin “Quba Kapriççiosu” kitabının təqdimat mərasimi keçirilib
# 12 fevral 2009 13:32 (UTC +04:00)
Bakı. Kimyə Rüstəmova-APA. Bu gün Azərbaycan Yazıçılar Birliyinin katibi , dünya şöhrətli yazıçı Çingiz Abdullayevin “Quba Kapriççiosu” adlı kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbir Kitab Klubunun sərgi salonunda baş tutub. Ç. Abdullayevin “Quba Kapriççiosu” adlı kitabı 21 fəsildən ibarətdir. Kitabın rus dilindən Azərbaycan dilinə tərcüməçisi Munisə Dadaşqızı, redaktoru isə Təbəssüm Muxtarovadır. Sözügedən tədbirdə yazıçı Çingiz Abdillayev ”Mən heç vaxt öz kitablarımın təqdimat mərasimini keçirmirəm. Çünki mənim hər ay 100 milyon tirajla kitablarım çıxır. Əgər mən onların hər birinin təqdimat mərasimini keçirsəm, onda mənim yeni əsərlər yazmaq üçün heç vaxtım qalmaz” deyərək kitabın Azərbaycan dilində ərsəyə gəlməsində çəkdiyi əməyə görə tərcüməçi Munisə Dadaşqızına və redaktoru Təbəssüm Muxtarovaya öz təşəkkürünü bildirib. Tədbirin sonunda yazar təqdim etdiyi kitabı oxucular üçün imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR