Bank Of Baku

Ziyadxan Nəbibəylinin “Zəngəzurun altun tacı: Laçın” kitabı çap olunub

Ziyadxan Nəbibəylinin “Zəngəzurun altun tacı: Laçın” kitabı çap olunub
# 12 fevral 2009 13:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Hüquq” qəzetinin baş redaktoru, Jurnalistlər Birliyinin üzvü Ziyadxan Nəbibəylinin “Zəngəzurun altun tacı: Laçın” kitabı çap olunub. APA-nın məlumatına görə, tarixi etnoqrafik kitabda Laçının dünənindən, bu günündən, adət-ənənələrindən, kulinariyasından söhbət açılır. Kitabın müəllifi Z. Nəbibəyli qeyd edib ki, uzun illər Zəngəzurun, Laçının tarixi, coğrafiyası, etnoqrafiyası Azərbaycan mütəxəssisləri tərəfindən öyrənilməyib. Buna görə də ermənilərin Zəngəzurun və onun ayrılmaz tərkib hissəsi olan Laçının qədim abidələrini öz adlarına çıxıb, yaşayış məntəqələrinin, dağların, çaylarının adlarını dəyişərək erməni adı qoyublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR