Bank Of Baku

Naxçıvanda «Cəlil Məmmədquluzadə və demokratik ədəbi-ictimai fikir» mövzusunda beynəlxalq simpozium keçiriləcək

Naxçıvanda «Cəlil Məmmədquluzadə və demokratik ədəbi-ictimai fikir» mövzusunda beynəlxalq simpozium keçiriləcək
# 17 fevral 2009 07:29 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Bu il Naxçıvan Muxtar Respublikasında (MR)«Cəlil Məmmədquluzadə və demokratik ədəbi-ictimai fikir» mövzusunda beynəlxalq simpozium keçiriləcək. APA-nın yerli bürosunun məlumatına görə, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov ölkə başçısının «Cəlil Məmmədquluzadənin 140 illik yubileyi haqqında» 6 fevral 2009-cu il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə yubileyə həsr olunmuş tədbirlər planını təsdiq edib. Tədbirlər planına əsasən yubiley tədbirinə ədibin ailəsinin dünyanın müxtəlif ölkələrində yaşayan nümayəndələri də dəvət olunacaq.

Tədbirlər planında yubiley ilində Naxçıvanda «Cəlil Məmmədquluzadə Ensiklopediyası»nın nəşr olunması, ədibin müəllifi olduğu «Ölülər» əsərinin tamaşasının və əsər barədə elmi konfransların təşkili, yubiley poçt marka və zərflərinin buraxılması, onun Naxçıvan şəhərindəki ev muzeyinin təmir edilərək yeni eksponatlarla zənginləşdirilməsi və digər bu kimi ədəbi-mədəni tədbirlərin təşkili də qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR