Bank Of Baku

Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyinə həsr edilmiş ədəbi-bədii gecə keçiriləcək

Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyinə həsr edilmiş ədəbi-bədii gecə keçiriləcək
# 18 fevral 2009 09:30 (UTC +04:00)
Bakı. Kimyə Rüstəmova-APA. Fevralın 20-də Mirmehdi Seyidzadə adına kitabxanada görkəmli Azərbaycan dramaturqu Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyinə həsr edilmiş ədəbi-bədii gecə keçiriləcək. Kitabxananın direktoru Rəhilə Rzayevanın APA-ya verdiyi məlumata görə, tədbirdə C. Məmmədquluzadənin həyat və yaradılığından bəhs edən materiallardan ibarət sərgi təşkil olunacaq. Tədbirdə Səbayel rayonu 1 saylı orta məktəbin şagirdləri C. Məmmədquluzadənin “Poçt qutusu” və “Saqqallı uşaq” hekayələrindən parçalarla çıxış edəcəklər.
Məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin təmsilçiləri, Səbayel rayon İcra Hakimiyyətinin rəhbərliyi, bir sıra kitabxanaların direktorları və KİV nümayəndələri ədəbi-bədii gecəyə qatılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR