Bank Of Baku

Yazıçı-publisist Yusif Əhmədovun 70 illiyinə həsr olunmuş tədbir keçirilib

Yazıçı-publisist Yusif Əhmədovun 70 illiyinə həsr olunmuş tədbir keçirilib
# 19 fevral 2009 11:59 (UTC +04:00)
Bakı. Kimyə Rüstəmova-APA. Bu gün Azərbaycan Yazıçılar Birliyində yazıçı-publisist Yusif Əhmədovun anadan olmasının 70, yaradıcılığının 45 illiyinə həsr olunan tədbir keçirilib. APA-nın məlumatına görə, tədbir Yeni Yazarlar və Sənətçilər Qurumu və Azərbaycan Yazıçılar Birliyi İctimai Qurumlarla Əlaqə Analitik İnformasiya Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşib. Tədbirdə “Nizami” Beynəlxalq Mədəniyyət Mükafatı və “Qafqaz-Media” İctimai Birliyi Yusif Əhmədovu fəxri fərmanla təltif edib. Yubiley tədbirində professor Nizaməddin Şəmsizadə, yazıçı-publisist Fazil Günel, şair Fəxrəddin Ziya və başqaları iştirak ediblər.
Qeyd edək ki, tədbir Yeni Yazarlar və Sənətçilər Qurumunun IX Bakı Kitab Bayramı Kulturoloji layihəsi çərçivəsində keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR