Bank Of Baku

Kamal Abdullanın yeni kitabının təqdimatı keçirilib

Kamal Abdullanın yeni kitabının təqdimatı keçirilib
# 05 mart 2009 12:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Yazıçılar Birliyində (AYB) Kamal Abdullanın yeni hekayələr kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən AYB-nın sədri Anar bildirib ki, K. Abdulla kitabında qədim Misirin həyatına, yunan mifologiyasına daha çox yer ayırıb. Müəllifin ötən əsrdə daha çox alim kimi tanındığını xatırladan Anar deyib ki, XXI əsrdə Kamal Abdulla özünü daha çox nasir, dramaturq, şair kimi təqdim edir.

Ədəbiyyatşünas Bəsti Əlibəyli isə qeyd edib ki, 60-cı illər nəslinin bütün nümayəndələrinin əsərlərində mifoloji sistem özünü göstərir: “Lakin Kamal Abdulla yeganə yazıçıdır ki, onun yaradıcılığı tamamilə mifik sistem üzərində qurulub. Bu hekayələrdə yunan, Zərdüşt, şumer mifologiyasının izlərini, özünəməxsus yozumunu görmək olar. Onun əsərlərində labirintləri çox olan ovsunlu bir dünya var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR