Bank Of Baku

Zəlimxan Yaqubun “Peyğəmbər” poeması Türkiyədə kitab şəklində nəşr edilib

Zəlimxan Yaqubun “Peyğəmbər” poeması Türkiyədə kitab şəklində nəşr edilib
# 05 mart 2009 13:51 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun yeni yazdığı “Peyğəmbər” poeması Türkiyədə kitab şəklində nəfis tərtibatla nəşr edilib. Xalq şairinin APA-ya verdiyi məlumata görə, kitabın məsləhətçisi Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, rəyçisi akademik Vasim Məmmədəliyev, redaktorları isə Hacı Mir Əziz Seyidzadə ilə Hacı Azər Turandır. O bildirib ki, poemada Allahın sonuncu elçisi Hz. Məhəmmədin örnək həyatı, islam dininin yer üzündə bərqərar olması uğrunda apardığı mübarizə, bu yolda çəkdiyi məşəqqətlər və qazandığı uğurlar əlvan poetik boyalarla təsvir olunub: “Dərin araşdırmaların, nüfuzlu din xadimləri ilə məsləhətləşmələrin və təcrübəli şair təxəyyülünün məhsulu kimi ortaya çıxan bu möhtəşəm əsərdən onu oxuyan hər kəsin bəhrələnəcəyi şübhəsizdir”.

Z. Yaqub poemanın tezliklə dünyanın bir çox dillərinə, o cümlədən Türkiyə türkcəsi, rus, ingilis, fransız və ərəbcəyə tərcümə edilərək əksər ölkələrdə yayılacağını açıqlayıb: “Bu poema ilə ədəbiyyat tarixində qalacağıma şübhə etmirəm. Onu oxuyan hər kəs mənim fikirlərimlə yüz faiz razılaşacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR