Bank Of Baku

Zəlimxan Yaqubun “Peyğəmbər” kitabının təqdimatı keçirilib

Zəlimxan Yaqubun “Peyğəmbər” kitabının təqdimatı keçirilib
# 10 mart 2009 08:14 (UTC +04:00)
Marneuli. Nzami Məmmədzadə - APA. Gürcüstanın Marneuli şəhərində Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun “Peyğəmbər” kitabının təqdimat mərasimi keçirilib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, təqdimat mərasimində Azərbaycan Milli Məclisinin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva, Kvemo-Kartli bölğəsinin qubernatoru David Kirkitadze, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Gürcüstan Azərbaycanlıları Konqresinin rəhbəri Əli Babayev, jurnalist Şəmistan Əlizamanlı və kitabın müəllifi çıxış edib.

Z. Yaqub jurnalistlərə açıqlamasında bildirib ki, “Peyğəmbər” əsəri onun 40 illik müşahidələrinin, 3 illik yazı prosesinin məhsulu kimi meydana gəlib. O, əsərin ilk təqdimatının Borçalı mahalında keçirilməsini də ömrünün ən xoşbəxt anlarından biri olduğunu deyib. Xalq şairi Azərbaycanda, Türkiyədə, İranda (Təbriz) və Qazaxıstanda da təqdimatların keçiriləcəyini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR