Bank Of Baku

Anar: “71 yaşında özümü əla hiss edirəm”

Anar: “71 yaşında özümü əla hiss edirəm”
# 14 mart 2009 10:32 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “71 yaşında özümü əla hiss edirəm. Əhval-ruhiyyəm çox gözəldir”. Bu sözləri APA-ya açıqlamasında bu gün 71 yaşı tamam olan, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar deyib. Yazıçılar Birliyinin sədri doğum gününü ailə üzvləri ilə qeyd edəcəyini, bu münasibətlə ayrıca tədbir keçirməyəcəyini deyib: “Artıq dostlarım hər yerdən zəng edib təbriklərini çatdırırlar. Onların hər birinə minnətdaram. Mən də Azərbaycan xalqının Novruz bayramını təbrik edirəm”.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar 1938-ci ildə xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində doğulub. O, 1991-ci ildə Yazıçıların IX Qurultayında Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib. İndiyə kimi təşkilata rəhbərlik edir.

1991-ci ildə Azərbaycanın Milli Məclisinin ilk iclasını açmaq və aparmaq şərəfi Anara verilib. Anar 1995-ci və 2000-ci ildə Azərbaycan Milli Məclisinin üzvü seçilib. 1998-ci ildə Azərbaycan prezidenti Anarı 60 yaşı münasibətilə İstiqlal ordeni ilə təltif edib. Çoxlu sayda roman, povest, hekayə və ssenarilərin, o cümlədən “Beş mərtəbəli evin altıncı mərtəbəsi”, “Dantenin yubileyi”, “Gün keçdi”, “Dədə Qorqud”, “Ağ qoç, qara qoç”, “Üzeyir ömrü”, “Cavid ömrü”, “Otel otağı”, “Qəm pəncərəsi” və digər əsərlərin müəllifdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR