Bank Of Baku

İstanbulda Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş simpozium keçiriləcək

İstanbulda Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş simpozium keçiriləcək
# 30 mart 2009 09:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Martın 31-dən aprelin 5-dək TÜRKSOY-un təşəbbüsü və təşkilatçılığı ilə İstanbulun Maltəpə Universitetində “Türk ləhcələri arasında tərcümə çalışmalarının durumu və problemlər” mövzusunda simpozium keçiriləcək. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə təşkilata üzv ölkələrin hər birindən 5 alim və tərcüməçi iştirak edəcək.
Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Başqırdıstan, Tatarıstan, Krım və Türkiyədən 30 alimin məruzələr oxuyacağı simpoziuma Yazıçılar Birliyinin sədri Anar, professor Kamil Vəli Nərimanoğlu, yazıçı Fəxri Uğurlu, tərcüməçi Ramiz Əsgər də qatılacaq. Mərhum şair Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş simpoziumun açılış mərasimində Maltəpə Universitetinin rektoru Kemal Koymen, TÜRKSOY-un baş direktoru Dyusen Kaseinov, Türk Dil Qurumunun sədri Şükrü Haluk Akalın, Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR