Bank Of Baku

Almaniyada fəaliyyət göstərən N. Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutu “Bu günün Qafqaz Amazonları” adlı müsabiqə keçirir

Almaniyada fəaliyyət göstərən N. Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutu “Bu günün Qafqaz Amazonları” adlı müsabiqə keçirir
# 02 aprel 2009 10:48 (UTC +04:00)
Berlin. Ülkər Qasımova - APA. Almaniyada fəaliyyət göstərən N. Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutu beynəlxalq müsabiqə elan edib. İnstitutun direktoru Nuridə Atəşi APA-ya açıqlamasında bildirib ki, müsabiqənin məqsədi Qafqaz qadınlarının həmrəyliyini nümayiş etdirmək, Qafqazda gender vəziyyəti ilə müsabiqə vasitəsilə tanış olub, problemləri qaldırmaq, mədəni, sosial yaxınlaşmağa nail olmaq və Qafqazda sülhə, əmin-amanlığa töhfə verməkdir. “Bu günün Qafqaz Amazonları” adlanan müsabiqədə yalnız qadınlar iştirak edə bilər: “Müsabiqədə dilindən, dinindən, irqindən asılı olmayaraq bütün Qafqaz xalqlarının nümayəndələri iştirak edə bilərlər. Yalnız qadınlar! Seçilən nominantların adları alman və ingilis dillərində xüsusi yaradılmış “Amazon” saytına yerləşdiriləcək, Amazonlar haqqında çəkiləcək beynəlxalq filmdə iştirak etmə şansı qazanılacaq, Qafqaz Amazonları haqqında yazılan alman dilli kitabda yer alacaq. Müsabiqəyə eyni zamanda Qafqaz Amazonları haqqında yazılmış elmi məqalələr də qəbul edilir. Ən yaxşı məqaləyə görə pul mükafatı təqdim olunacaq və yazı Almaniyada nəşr ediləcək. Bundan başqa, qaliblər Almaniyanın Berlin şəhərində keçiriləcək “Bu günün Qafqaz Amazonları” final müsabiqəsinə dəvət ediləcək, qalibə bürüncdən düzəldilmiş qalib Amazon simvolu olan heykəlcik təqdim ediləcək. Müsabiqədə iştirak etmək istəyən qadınlar özlərinin, analarının, nənələrinin həyatı, mübarizələri, arzuları, xəyalları barədə yaza bilərlər. Müsabiqə iştirakçıları arasından Amazonları Almaniyada 12 nəfərdən ibarət münsiflər heyəti seçəcək”.

N. Atəşi açıqlamasında Amazonların mənşəyi ilə bağlı mübahisələrə də toxunub: “Dünyanın bir çox xalqı Amazonlara sahib çıxmaq istəyir, onları əcdadı hesab edir. Lakin qədim əcdadlarımızın Qobustanın daş qayalarında döyüşçü Amazonları hələ eramızdan öncə 8 min il qabaq həkk edərək bizlərə ötürməsi, antik mənbələr, yeni tapılmış nadir əlyazmalar, son beynəlxalq arxeoloji qazıntılar bizə əsas verir ki, tarixin hansısa dönəmində Azərbaycan qadınlarının əsl Amazonlar olduğunu söyləyək”.

O, müsabiqədə iştirak etmək arzusunda olanların yazıları ilə yanaşı, fotolarını və əlaqə ünvanlarını da təqdim etməli olduqlarını bildirib. Məktublar 2009-cu il aprelin 1-dən dekabrın 1-dək Azərbaycan və rus dilində bu ünvana göndərilə bilər:

Kultur Institut-Aserbaidschan
Büro: Buschgrabenweg 10
14165 Berlin-Zehlendorf
tel.49 30 80 90 75 91
fax:49 30 40 63 69 45
www.aserbaidschanische-kultur.de
E-mail: [email protected]
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR