Bank Of Baku

Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun dəstəyi ilə nəşr olunan 4 kitabın təqdimatı keçirilib

Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun dəstəyi ilə nəşr olunan 4 kitabın təqdimatı keçirilib
# 06 aprel 2009 10:44 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Milli Məclisin Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun dəstəyi ilə nəşr olunan 4 kitabın təqdimatı keçirilib. APA-nın məlumatına görə, xalq şairi Zəlimxan Yaqub oxuculara təqdim olunan Mirzə Məmmədoğlunun “Qədim Tiflis”, Alxan Binnətoğlunun “Teatr haqqında söhbətlər”, Nəriman Əliyevin ingilis dilindən tərcümə edərək hazırladığı “Erməni xəyanəti və Gürcüstan” və Mədət Çobanoğlunun “Azərbaycan və Gürcüstan əlaqələri” kitabları haqqında danışıb. Z. Yaqub adıçəkilən kitablarda Borçalı azərbaycanlılarının Gürcüstan ədəbi, mədəni mühitində oynadıqları rol, o cümlədən bu ölkədə ermənilər tərəfindən törədilən türk qırğınları öz əksini tapıb. Z. Yaqub Tiflis ədəbi mühitinin nümayəndələrinin Azərbaycan üçün fəaliyyətlərinə də toxunub. O, bu sırada Nəriman Nərimanovun və digərlərinin adını çəkib: “Bizim üçün bu şəhər heç vaxt Tbilisi olmayıb. Tiflis Borçalının özüdür”.
Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə Dostluq Qrupun rəhbəri Qənirə Paşayeva Gürcüstan-Azərbaycan mədəni əlaqələrinin genişlənməsinin əhəmiyyətindən, ədəbiyyat nümunələrinin hər iki dilə tərcüməsinin vacibliyindən danışıb. Q. Paşayeva deyib ki, bu istiqamətdə görülən işlərin miqyası daha da genişlənəcək və gənclərin milli ruhda tərbiyəsində xüsusi rol oynayacaq. Mərasimdə çıxış edən əslən Borçalıdan olan ziyalı Camal Mustafayev, yazıçı-publisist Rəşad Məcid və digər şəxslər Gürcüstan-Azərbaycan dostluq əlaqələrinin inkişafında mədəni əlaqələrin vacibliyini vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR