Bank Of Baku

“Kulturologiya və Azərbaycanın bədii ədəbiyyatı” mövzusunda respublika kulturoloji seminarı keçiriləcək

“Kulturologiya və Azərbaycanın bədii ədəbiyyatı” mövzusunda respublika kulturoloji seminarı keçiriləcək
# 06 aprel 2009 13:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, Azərbaycan Kulturoloqlar Cəmiyyəti, Vətəndaş Cəmiyyətinin Beynəlxalq Mədəniyyət forumunun təşkilatçılığı ilə “Kulturologiya və Azərbaycanın bədii ədəbiyyatı” mövzusunda respublika kulturoloji seminarı keçiriləcək. “Simurq” Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov APA-ya bildirib ki, seminar aprelin 10-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda baş tutacaq. Seminarda professor Fuad Məmmədov, filologiya elmləri namizədi Samirə Mirbağırzadə ”Natiq Rəsulzadənin yaradıcı irsinin gözdən keçirməsi”, yazıçı Natiq Rəsulzadə “Ədəbiyyatın Azərbaycanın ruhi mədəniyyətə təsiri” mövzusunda məruzə ilə çıxış edəcəklər. Seminar “Azərbaycanın ədəbiyyatı dünya bədii mədəniyyətinin məkanında” adı altında dəyirmi masa ilə davam etdiriləcək. “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, Azərbaycan Kulturoloqlar Cəmiyyəti, Vətəndaş Cəmiyyətinin Beynəlxalq Mədəniyyət forumunun birgə təşəbbüsü ilə növbəti tədbir aprelin 11-də İrşad hotelində keçiriləcək. “Kulturologiya və gələcəyin energetikasi” mövzusunda keçiriləcək seminarda texniki elmlər namizədi Fuad Məmmədov “Azərbaycanda günəş və külək enerjisizinin tarixi və istifadə etmə imkanları”, akademik Namiq İsmayılov “Alternativ enerji mənbələrinin problemləri və istifadəsi yolları” mövzusunda çıxış edəcəklər. Seminarda eləcə də “Kulturologiya, dünya sivilizasiyası və gələcəyin energetikası” mövzusunda dəyirmi masanın da keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR