Bank Of Baku

Alim Qasımov Britaniyada konsert verəcək

Alim Qasımov Britaniyada konsert verəcək
# 11 aprel 2009 08:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın xalq artisti, muğam ifaçısı Alim Qasımov Böyük Britaniyaya səfər edəcək. Xanəndənin ailəsindən APA-ya verilən məlumata görə, aprelin 29-dan mayın 3-dək davam edəcək səfər çərçivəsində muğam ifaçısı Amerikanın «Kronos» kvarteti ilə birgə konsert proqramı ilə çıxış edəcək.
Xanəndənin səfəri «Ağaxan» Fondunun təşəbbüsü ilə keçiriləcək, «Kronos» kvarteti ilə birgə konsertin isə mayın 1-də keçirilməsi nəzərdə tutulur. Konsertdən sonra musiqiçilərlə yerli jurnalistlərlə görüşü də planlaşdırılır.
Xatırladaq ki, Amerikanın «Kronos» kvarteti 3 skripkaçı və 1 violonçel ifaçısından ibarətdir və bu A.Qasımovun kvartetlə ilk konserti deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR