Bank Of Baku

“Hüseyn Cavid yaradıcılığının gənc nəslin tərbiyəsində rolu” mövzusunda dəyirmi masa keçirilib

“Hüseyn Cavid yaradıcılığının gənc nəslin tərbiyəsində rolu” mövzusunda dəyirmi masa keçirilib
# 15 aprel 2009 12:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Hüseyn Cavidin Ev Muzeyində “Hüseyn Cavid yaradıcılığının gənc nəslin tərbiyəsində rolu” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə muzeyin direktoru Gülbəniz Babaxanlı, filologiya elmləri namizədi Nizaməddin Şəmsizadə, AMEA-nın müxbir üzvü Rəfael Hüseynov, professor Cəlal Abdullayev, Beynəlxalq Kitab Mərkəzinin rəhbəri Salatın Əhmədova və başqaları çıxış ediblər. Tədbir iştirakçıları mərhum dövlət başçısı Heydər Əliyevin Hüseyn Cavid şəxsiyyətinə və yaradıcılığına böyük hörmətlə yanaşan, onun nəşinin Sibirdən gətirilməsinin, Naxçıvanda məqbərəsinin ucaldılmasının, ev muzeyinin yaradılmasının, əsərlərinin külliyyatının latın qrafikası ilə çap edilməsinin təşəbbüskarı olduğunu diqqətə çatdırıblar. Muzeyin direktoru G. Babaxanlı tədbir iştirakçılarını muzeyin zəngin ekspozisiyası ilə tanış edərək, şairin yaradıcılığından söhbət açıb. Diskussiya zamanı H. Cavidin əsərlərinin tədrisi ilə bağlı qarşıya çıxan problemlər müzakirə olunub, Cavid əsərlərinə tədrisə daha geniş yer verilməsi məsələsi təklif edilib. Tələbələri və şagirdlərin ifasında Hüseyn Cavidin əsərlərindən parçalar və şeirlər dinlənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR