Bank Of Baku

Bakıda dahi rus yazıçısı Nikolay Qoqolun 200 illiyi qeyd ediləcək

Bakıda dahi rus yazıçısı Nikolay Qoqolun 200 illiyi qeyd ediləcək
# 16 aprel 2009 14:52 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Dahi rus yazıçısı Nikolay Qoqolun anadan olmasının 200 illiyi Azərbaycanda qeyd olunur. APA-nın məlumatına görə, belə tədbirlərdən biri sabah Qaradağ rayonunda yerləşən Əmirov adına Mədəniyyət Sarayında keçiriləcək. “Nikolay Qoqolun yaradıcılığı və müasirlik” adlı tədbirin təşkilatçıları «Rossotrudniçestvo»nun Azərbaycandakı nümayəndəliyi, Rusiya Mədəniyyət və İnformasiya Mərkəzi, Azərbaycandakı rus icması, Bakı şəhər Təhsil İdarəsi, Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasıdır. Tədbirdə Bakı Slavyan Universitetinin tələbələri Qoqolun əsəri əsasında hazırlanmış “Müfəttiş” tamaşasını nümayiş edəcəklər. Tədbirdə “Sən Qoqolun yaradıcılığı ilə tanışsanmı?” mövzusunda viktorina da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR