Bank Of Baku

Azərbaycanın xalq yazıçısı Sabir Əhmədli 79 yaşında vəfat edib

Azərbaycanın xalq yazıçısı Sabir Əhmədli 79 yaşında vəfat edib
# 17 aprel 2009 15:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Azərbaycanın xalq yazıçısı, publisist Sabir Əhmədli uzun sürən xəstəlikdən sonra vəfat edib. APA-nın məlumatına görə, S.Əhmədli ömrünün son günlərinə qədər bir sıra xəstəliklərdən, o cümlədən təzyiq və şəkərdən əziyyət çəkib. Azərbaycan Yazıçılar Birliyindən APA-ya verilən məlumata görə, birliyin nümayəndələri yazıçının evində olub, ailəsinə baş sağlığı veriblər. Vida mərasimi yazıçının yaşadığı evdə təşkil olunacaq.

Qeyd edək ki, Sabir Əhmədli 1930-cu il iyulun 10-da Cəbrayıl rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirib. “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1956-1993), baş redaktor (1993-1996) işləyib. 1955-ci ildən AYB-nın üzvü olan yazıçı “Toğana” (1981), “Yasamal gölündə qayıqlar” (1984), “Gedənlərin qayıtmağı, dünyanın arşını” (1985), “Kütlə” (1999), “Axirət sevdası” (2003), “Şəhid ruhu” (2004) və digər kitabların müəllifidir.

S. Əhmədovun qardaşı Cəmil Əhmədov Sovet İttifaqı Qəhrəmanıdır. Oğlu Məhəmməd Əhmədov isə I Qarabağ müharibəsində şəhid olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR