Bank Of Baku

Əkrəm Rəhimlinin “Mübarizə burulğanlarında keçən ömür - Seyid Cəfər Pişəvəri” kitabı nəşr olunub

Əkrəm Rəhimlinin “Mübarizə burulğanlarında keçən ömür - Seyid Cəfər Pişəvəri” kitabı nəşr olunub
# 20 aprel 2009 15:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu günlərdə “Məhəmmədtağı Qaraqoyunlunun “Fərhəngi-türki” lüğəti və Azərbaycan dilinin tarixinin öyrənilməsində onun əhəmiyyəti” kitabı çapdan çıxıb. APA-nın məlumatına görə, bu kitab mərhum dilçi alim Səbirə Baxşəliyevanın “Məhəmmədtağı Qaraqoyunlunun “Fərhəngi-türki” lüğəti və Azərbaycan dilinin tarixinin öyrənilməsində onun əhəmiyyəti” mövzusunda yazdığı dissertasiya əsasında hazırlanıb. APA-nın məlumatına görə, kitabda ilk öncə Səbirə Baxşəliyevanın elmi əsərləri haqqında məlumat və həmkarlarının onun barəsində yazdığı yazılar təqdim olunur. Daha sonra alimin əsəri Azərbaycan və rus dillərində verilir.S. Baxşəliyevanın tədqiq etdiyi “Fərhəngi-türki” lüğəti XVII əsrin əvvəllərində türk dillərinin, ilk növbədə Azərbaycan və özbək dillərinin leksik mənzərəsini tam əhatə etməsilə seçilir. Tədqiqat işində lüğətdə verilmiş materiallar əsasında Azərbaycan dilinin XVII-XVIII əsrlərdə lüğət tərkibinin zənginliyi müəyyənləşdirilir, indiyə qədər yazılmış əsərlərdə nəzərə alınmamış, yazılı abidələrimizdə təsadüf edilməyən və müvafiq lüğətlərdə öz əksini tapmamış leksik vahidlər tapılıb üzrə çıxarılır, onların mənaları və eyni zamanda ayrı-ayrı qrammatik kateqoriyaların XVII-XVIII əsrlər Azərbaycan dili sistemində yeri və səviyyəsi müəyyən edilir.

Bu günlərdə həmçinin Əkrəm Rəhimlinin “Mübarizə burulğanlarında keçən ömür - Seyid Cəfər Pişəvəri” kitabı çapdan çıxıb. AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Əkrəm Rəhimlinin kitabında İranın və Güney Azərbaycanın tanınmış mütəfəkkir-ziyalısı, inqilabçı-demokrat Seyid Cəfər Pişəvərinin həyatından və mübarizəsindən bəhs olunur. Çoxsaylı mənbələr və sənədlər əsasında S.C.Pişəvərinin 55 illik həyatının çalarları, Güneydəki milli-demokratik hərəkatda onun xidmətləri və rolu, Milli Hökumətin süqutundan sonra həyatının son günləri tədqiq və təhlil olunur. Onu da qeyd edək ki, aprelin 22-də AMEA Rəyasət Heyətinin konfrans zalında Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Solmaz Tohidi-Rüstəmovanın “Mart-1918. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə” (rus dilində) kitabının təqdimat mərasimi keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR