Bank Of Baku

Tiflisdə çeçen və inquş yazıçıları ilə görüş keçirilib

Tiflisdə çeçen və inquş yazıçıları ilə görüş keçirilib
# 24 aprel 2009 15:00 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Tiflis Şəhər Bələdiyyəsində çeçen və inquş yazıçılarının, Gürcüstanın Qafqazşünas alimlərinin və parlament nümayəndələrinin görüşü keçirilib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, görüşü Tiflis Şəhər Bələdiyyəsinin sədri Zaza Samardaşvili açıb. Tədbirdə Gürcüstan parlamentinin üzvü İrakli Kenciaşvili, Qafqaz Fondunun prezidenti Givi Qambaşidze, parlamentin deputatları Papuna Davitaya, Nuqzar Tsiklauri, Gürcüstan parlamentinin vitse-spikeri Rusudan Kervalişvili və başqaları çıxış edərək gürcü-cecen-inquş ədəbi-mədəni əlaqələrindən, Qafqaz xalqlarının arasında səmimi əlaqələrin yaradılmasının vacibliyindən, Gürcüstanda gedən siyasi proseslərdən və digər siyasi-iqtisadi, tarixi məqamlardan söhbət açılıblar.
Vitse-spiker Rusudan Kervalişvili APA-ya açıqlamasında deyib ki, belə görüşlər xalqlar arasında yeni elmi, mədəni, siyasi əlaqələrin başlanğıcı olacaq.
Tiflis Şəhər Bələdiyyəsinin sədri Zaza Samardaşvili APA-ya bildirib ki, Qafqaz xalqları bir-birini yaxşı tanımalıdır: “Əlbəttə, biz tanışıq, amma tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı dərindən öyrənməliyik. Müasir şəraitdə bu əlaqə dialoqunu genişləndirmək mütləq vacibdir".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR