Bank Of Baku

Muğam Teatrında xalq şairi Süleyman Rüstəmin xatirə gecəsi keçirilib

Muğam Teatrında xalq şairi Süleyman Rüstəmin xatirə gecəsi keçirilib
# 04 may 2009 16:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Muğam Teatrında xalq şairi Süleyman Rüstəmin xatirə gecəsi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar S. Rüstəmin həyat və yaradıcılığından danışıb: “O, gözəl şair olmaqla yanaşı, çox gözəl insan idi. Onun hər bir şeri yaddaşlara həkk olunub”.
S. Rüstəmi Azərbaycan ədəbiyyatının böyük şairi adlandıran akademik Bəkir Nəbiyev isə deyib ki, şairin yaradıcılığı çoxşaxəlidir.
Xalq yazıçısı Çingiz Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov isə bildiriblər ki, S. Rüstəm dünənin, bu günün və sabahın şairidir.
Xatirə gecəsində S. Rüstəmin sözlərinə həsr olunmuş bir çox mahnılar ifadə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR