Bank Of Baku

İsmayıl Şıxlının 90 illik yubileyi keçirilib

İsmayıl Şıxlının 90 illik yubileyi keçirilib
# 04 may 2009 16:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova APA. Bu gün Azərbaycan Dövlət Musiqili Komediya Teatrında yazıçı İsmayıl Şıxlının 90 illik yubileyi keçirilib. APA-nın məlumatına görə, yubiley mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar İ. Şıxlının həyat və yaradıcılığından danışıb.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, professor Nizami Cəfərov da İ. Şıxlının gözəl publisist, böyük yazıçı olduğunu söyləyib: “İsmayıl Şıxlının ən böyük əsəri onun şəxsiyyəti idi. İsmayıl Şıxlı deyəndə ilk növbədə “Dəli Kür” əsəri yada düşür. Bu əsər çox mürəkkəb təhlillərdən sonra Azərbaycan ədəbiyyatının magistral yolunda dayanıb”.
Çıxışlardan sonra İ. Şıxlının əsəri əsasında səhnələşdirilən “Ölüləri Qəbiristanlıqda basdırın” tamaşası nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR