Bank Of Baku

Firuz Mustafanın Azərbaycan və rus dillərində bir neçə kitabının təqdimatı keçirilib

Firuz Mustafanın Azərbaycan və rus dillərində bir neçə kitabının təqdimatı keçirilib
# 13 may 2009 12:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) tanınmış yazıçı, dramaturq Firuz Mustafanın Azərbaycan və rus dillərində “Dəniz köçü”, “13 hekayə”, “Pyeslər” kitablarının və “Qapı” romanının təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən AYB-nin katibi Arif Əmrahoğlu bildirib ki, F. Mustafanın yaradıcılığı müstəqillik dövrü ədəbiyyatında xüsusi yer tutur. Filologiya elmləri doktoru Bədirxan Əhmədov isə deyib ki, F. Mustafa həm faciə, həm də komediya janrlarında dram əsərləri yazıb: “Onun pyesləri ölkənin bütün teatrlarında tamaşaya qoyulub. Artıq F. Mustafanın özünəməxsus tamaşaçı auditoriyası yaranıb. Onun Sergey Yesenindən etdiyi tərcümələr isə tərcümə ədəbiyyatında hadisə sayıla bilər”. F. Mustafanın kitablarının çapına köməklik göstərən millət vəkili Nazim Məmmədov isə imkanlı adamları gənclərin milli ruhunun qorunmasına xidmət edən əsərlər yaradan yazıçıların kitablarının çapına yardım etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR