Bank Of Baku

Şamaxıda Aleksandr Puşkinin 210 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib

Şamaxıda Aleksandr Puşkinin 210 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib
# 13 may 2009 15:33 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Şamaxıda dahi rus şairi Aleksandr Puşkinin 210 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. APA-nın məlumatına görə, 2 saylı məktəbdə keçirilən tədbir «Rossotrudniçestvo»-nun Azərbaycan nümayəndəliyi – Rusiya Mədəniyyət və İnformasiya Mərkəzi (RMİM) və Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Assosiasiyası (ARTMA) tərəfindən təşkil olunub. Tədbirdə Azərbaycanın Rus İcmasının Şamaxı bölməsinin nümayəndələri, Yaşıl Teatrın «Günay» uşaq teatrının, ARTMA-a nümayəndələri və Şamaxının 2 saylı məktəbinin şagirdləri iştirak ediblər. RMİM-in rəhbəri Ənvər Şeyxov «Puşkiniana» layihəsi çərçivəsində Azərbaycanın regionlarında keçirilən tədbirlər barədə danışıb. Şakirdlər Puşkinin həyat və yaradıcılığına həsr olunmuş ədəbi kompozisiya nümayiş etdiriblər, onun əsərlərindən parçalar ifa ediblər. Tədbirdə Puşkinin əsərlərinə həsr olunmuş ədəbi viktorina da keçirilib, qaliblərə kitablar hədiyyə edilib. Qeyd edək ki «Puşkiniana» layihəsinə iyunun 6-da şairin doğum günündə yekun vurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR