Bank Of Baku

Bakıda Nikolay Vasilyeviç Qoqolun anadan olmasının 200 illik yubileyi münasibətilə tədbir keçirilib

Bakıda Nikolay  Vasilyeviç Qoqolun anadan olmasının 200 illik yubileyi münasibətilə tədbir keçirilib
# 15 may 2009 12:57 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) görkəmli rus yazıçısı Nikolay Vasilyeviç Qoqolun anadan olmasının 200 illik yubileyi münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının rəhbəri Həsən Quliyev bildirib ki, Qoqolun 200 il əvvəl yazdığı problemlər indi də aktualdır: “Bu problemlər təkcə Rusiyada, Ukraynada deyil, Azərbaycanda və bütün dünyada da mövcuddur. Bu bəşəri problemlərdən bəşəriyyət hələ də çıxış yolu axtarır. Buna görə də Qoqol və onun əsərləri həmişə canlı olaraq qalır”. AYB-nin sədri Anar isə bildirib ki, Qoqolun XIX və XX əsr ədəbiyyatlarına böyük təsiri olub: “Qoqol təkcə rus ədəbiyyatına deyil, bütün dünya ədəbiyyatına təsir edib. Böyük rus yazıçısı Dostoyevski təsadüfi yerə demirdi ki, “Biz hamımız Qoqolun şinelindən çıxmışıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR